QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“Qarabağ” klubu Binə qəsəbəsində baza tikdirir (APA, 19.09.2007)

[ 19 Sentyabr 2007 19:30  ]

“Qarabağ” klubunun yeni bazası olacaq. “APA-SPORT” agentliyinin məlumatına görə, baza Binə qəsəbəsində yerləşəcək. Artıq klub üçün yer ayrılıb və yaxın vaxtlarda sənədləşmə işləri yekunlaşdıqdan sonra tikintinin başlanması nəzərdə tutulub. Bazanın bir ilə hazır olacağı gözlənilir. Orada bir neçə meydança olacaq. Bazanın layihəsini hazır edən “Qarabağ” rəhbərliyi bu işə türkiyəli mütəxəssisləri cəlb edib. Komanda üçün Ağdamda süni örtüklü meydançanın tikintisi isə artıq başa çatdırıb. Klub rəhbərliyi Quzanlı kəndində olan stadionun açılışını mətbuat işçiləri ilə birgə qeyd etməyi planlaşdırır. /APA-SPORT/