QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“QARABAĞ” Yenə Türkiyəyə üz tutacaq...(Futbol+)

    Mövsümün əvvəlində klub kimi formalaşmaq, təsisləşmək haqqında düşünən “Qarabağ” cari mövsümdə heç də uğurlu çıxışı ilə seçilmir. Baxmayaraq ki, rəhbərlik hazırda onları nəticədən daha çox yeni komandanın formalaşdırılmasının maraqlandırdığını bəyan edir.  Elə isə ağdamlılar fasilədə nə iş görəcək? Rasim Karanın komandasının ikinci dövrəyə hazırlıq planından xəbər tutmaq üçün klubun mətbuat xidmətinin rəhbəri Nurlan Əzizlə əlaqə saxladıq.

    Klubun rəsmisinin verdiyi bilgiyə görə hazırda bütün heyət üzvləri “Olimpik”lə matçdan sonra üçgünlük istirahətə buraxılıb. Komanda sabahdan yenə bir araya gələrək məşqlərini davam etdirəcək. Amma baş məşqçisiz. Buna türkiyəli çalışdırıcının artıq ölkəsinə yollanması səbəb olub. Hələlik Bakıya nə vaxt qayıdacağı bəlli olmayan Karanın işini köməkçiləri yerinə yetirəcək. Dekabrın 16-na dək davam etdiriləcək məşqlərdə “Qarabağ”ın 3 qaradərili oyunçusunun da iştirak etməyəcəyi gözlənilir. Belə ki, İsaak Pupo, Soumah Mamadouba və Viktor İqbekoye ayın 8-də Afrikaya yola düşəcək. Onalrın bir də yanvarın əvvəllərində Bakıya qayıdacağı söylənilir. Heyətin qalan üzvlərinin dekabrın ortalarına qədər davam edəcək gündəlik məşqlərdə iştirakı gözlənilir. Yerli oyunçular da məhz həmin ərəfədə qış istirahətinə buraxılacaq.

    Yanvarın 5-də tam olaraq yığışacaq “Qarabağ” ikinci dövrənin hazırlıqlarını ölkə xaricində keçəcək. Belə ki, ağdamlılar yenə Türkiyəyə, daha doğrusu, Antalyaya getməyi planlaşdırır. Orda superliqa təmsilçiləri ilə bir neçə yoxlama oyunu da keçirəcək ağdamlıların təlim-məşq toplanışı təxminən 3 həftə çəkəcək.