QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
"Qarabağ" iyunun 19-u başlayır (16.06.2008, qaynar.info)

Sport-QayNar: “Qarabağ” komandasının XVII Azərbaycan milli çempioatının hazırlıqlarına başlamasına 3 gün qalıb. Klubun mətbuat xidmətindən verilən məlumata görə, artıq iyunun 18-i futbolçular klubun bazasına yığışacaq. İyunun 19-u  saat 17:00-da isə  yeni mövsümün ilk hazırlığına start veriləcək. Nəzərinizə çatdıraq ki, komandanın müqaviləsi olan legionerləri Viktor İbekoyi və Mamadouba Soumah düşərgəyə bir qədər gec qoşulacaq.  Bakıdakı 10  günlük hazırlıq dönəminə baş məşqçi Rasim Kara başçılıq edəcək. Baş məşqçi ayın 18-i Bakıya dönəcək. Onu da qeyd edək ki, əsasən fiziki hazırlığa  əsaslanan dönəmdə komanda Bakıda yoxlama oyunu keçirməyi planlaşdırmır. Taktiki çalışmalar iyulun 1-ində Türkiyənin Qızılcahamam bölgəsində başlayacaq kamp müddətində keçiriləcək.
Komandanın fiziki hazırlıq üzrə koordinatoru Mehmet Ak isə Bakıya gec dönəcək. Daha doğrusu, 18-i paytaxtımızda olması planlaşdırılsa da Mehmet bəy Türkiyənin Ankara şəhərində keçiriləcək seminarlara qatılacağından komandaya Qızılcahamamda qoşulacaq.
Komandaya yeni qoşulacaq futbolçulara gəlincə. “Qarabağ”ın yeni transferləri Türkiyə kampında müəyyən olunacaq. Baxışa gələn futbolçuların keçiriləcək yoldaşlıq oyunlarında taleyinə aydınlıq gələcək. //sport.qaynar.info