QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Zaur Ramazanovun möhtəşəm qolu "Qarabağ"a qələbə gətirdi! (fanat.az, 21-02-2009)

İkinci dövrənin ilk qırmızı vərəqəsi Ndukanın oldu

Fanat: İkinci dövrəyə "Bakılı" üzərində 3-0-lıq qələbə ilə başlayan "Qarabağ" bu gün də güclü rəqiblə qarşılaşmasına baxmayaraq, qələbə seriyasını davam etdirib. Fanat.az-ın verdiyi xəbərə görə, bu gün saat 14-00-da "Şəfa" stadionunda qarşılaşan komandaların oyununda hesabı 22-ci dəqiqədə Zaur Ramazanov uzaqdan vurduğu möhtəşəm qolla açıb.
Qarşılaşmanın sonuna qədər hesab dəyişməsə də, 87-ci dəqiqədə meydan sahibi olan "Olimpik" 1 nəfər azlıqda qalıb. Belə ki, Usim Nduka rəqin oyunçusuna qarşı kobud oyuna görə ikinci dövrənin ilk qırmızı vərəqəsini alıb.