QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
"Qarabağ" Nikolova qalib gəldi (fanat.az 22.04.2009)

PFL "İnter"i Quzanlıya aparır

Fanat: "Qarabağ" ev oyunlarını Ağdamın Quzanlı kəndindəki stadionda keçirəcək. Fanat.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, qurumun nümayəndələrinin stadionda apardığı təftişdən sonra arena, oyunların keçirilməsi üçün yararlı hesab edilib. Qərara alınıb ki, Premyer-Liqanın son 2 ev oyununu, həmçinin Azərbaycan Kubokunun təkrar yarımfinal qarşılaşmasını "Qarabağ" Quzanlıdakı Olimpiya İdman Kompleksində keçirilsin.
Ekspertlər ot örtüyü ilə bağlı kiçik çatışmazlıqlar aşkarlayıb ki, "Qarabağ" bunları tezliklə aradan qaldıracağını öz öhdəsinə götürüb.
Beləliklə, Premyer-Liqanın 24-cü turu çərçivəsindəki "Qarabağ" - "İnter" matçı Ağdamda keçiriləcək və Az.TV ilə canlı yayımlanacaq.