QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
"Qarabağ"ın qənim kəsildiyi komanda çempion oldu (fanat.az,30.09.2009)

"Rusenborq" Norveç çempionatını birinci pillədə bitirdi

Fanat: Norveç çempionatının sonuna dörd tur qalsa da, qalibin adı artıq məlumdur. Fanat.az xəbər verir ki, Avropa Liqasının ikinci təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olmuş "Rusenborq" ən yaxın rəqibindən 17 xal çox toplayaraq, növbəti dəfə çempion adını qazanıb.
Xatırladaq ki, "Qarabağ"la oyun Tronheymdəki ilk oyun 0:0 hesabı ilə başa çatmışdı. Ağdam klubu Bakıda isə Rəşad Sadıqovun cərimə zərbəsindən vurduğu qolla tarixi qələbə qazanmışdı.