QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Qurban Qurbanov Vaqif Cavadovu istirahətə göndərdi (fanat.az)

Forvard "Şahdağ"a qarşı oynamayacaq

Fanat: Bu gün Azərbaycan Kubokunun 1/8 final mərhələsinin ilk görüşləri keçiriləcək. "Qarabağ" Quzanlı qəsəbə stadionunda Şahdağı qəbul edəcək.
Şübhəsiz ki, bu cütün favoriti "Qarabağ"dır. Yəni "Qarabağ" bir növ bu matçı ciddiyə almayıb, Premyer Liqanın həftəsonu keçiriləcək görüşünü düşünür. Təsadüfi deyil ki, Qurban Qurbanov son zamanlar yaxşı  formada olan Vaqif Cavadovu çox güman ki, "Şahdağ"a qarşı görüşdə meydançaya buraxmayacaq. Fanat.az xəbər verir ki, hazırda futbolçular klubun bazasında olduğu halda, Cavadov istirahət edir. Deyəsən, bunu futbolçunun özü baş məşqçidən istəyib.
Belə ki, Cavadov bizimlə söhbətində istirahətə ehtiyacı olduğunu bildirdi: "Hazırda istirahətdəyəm. Sabah oynayıb-oynamayacağım dəqiq deyil. Buna baş məşqçi qərar verir. Mənim hazırda istirahətə ehtiyacım var. Ya sabah (bu gün) oynamayacağam, ya da ki, əvəzetmə zamanı meydançaya daxil olacağam. Hər halda, buna baş məşqçi qərar verəcək".