QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Binnət "Qarabağ"dan çempionluq gözləyir (korner.az)

Azərbaycan mənşəli türkiyəli travmatoloq Mehmet Binnet “Qarabağ”ın qonağı olub. “Korner.az”ın məlumatına görə Mərkəzi Klinikanın ortopediya və travmatologiya şöbəsinin müdiri Elgiz Qasımovla klubun bazasına təşrif buyuran məşhur həkim ağdamlıların baş məşqçisi Qurban Qurbanov və uşaq komandalarının koordinatoru Hemdi Sərpil Tüzün qarşılayıb. Klubun rəsmi internet səhifəsində yayımlanan xəbərə görə Mehmet bəy “Qarabağ”a azarkeşlik edir. Türkiyəli Avroliqada “Qarabağ”ın çıxışını da izləyibmiş. Binnət Qurbanova bu il “Qarabağ”dan çempionluq gözlədiyini də unutmayıb. Maraqlıdı ki, qardaş ölkədən olan təbib lazım olanda anasından oyunlar haqqında məlumat alırmış.

Sonda Binnət və Qasımov “Qarabağ”ın zədəli futbolçularını müayinə edib.