QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
"Qarabağ"dan möhtəşəm layihə (90plus.info)
90plus.info xəbər verir ki, 2009-cü il 01-03 dekabr tarixləri arasında "Ruslan-93" idman klubu bazasında Azərbaycan Xüsusi Olimpiya Komitəsi və "Qarabağ" Futbol Klubu ilə birlikdə 3 dekabr Beynəlxalq Əlillər gününə həsr olunmuş futbol turniri keçirilib. 
Turnirdə Bakı, Abşeron və Sumqayıtın 10-a yaxın xüsusi, yardımçı məktəb və internatların qız və oğlan komandaları iştirak edib.
Yarışlar "Koka-Kola" şirkətinin və "Qarabağ" Futbol Klubunun sponsorluğu ilə təşkil olunur və keçirilib.
Bu yarışlar 2010-cu ilin sentyabrında Polşa respublikasının paytaxtı Varşava şəhərində keçiriləcək Avropa Xüsusi Yay Olimpiya oyunlarına seçmə xarakter daşımaqla bərabər hazırlıq mərhələlərindən biridir.
Yarışlarda aşağıda göstərilən yardımçı, xüsusi məktəb və internatların komandaları iştirak edib:
Nizami rayonu 3 saylı xüsusi təhsil məktəbi, Nəsimi rayonu 11 saylı yardımçı məktəb, Suraxanı rayonu 7 saylı yardımçı internat, Sabunçu rayonu 11 saylı yardımçı internat, Əzizbəyov rayonu 1 saylı yardımçı internat, 
Əzizbəyov rayonu 16 saylı xüsusi internat, Əzizbəyov rayonu E. Mirzəyev adına Respublika xüsusi internat məktəbi, Sumqayıt şəhər xüsusi internat məktəbi

Yarışların təqdimetmə mərasimində Xüsusi Olimpiya Komitəsinin prezidenti Şahin Əliyev və "Qarabağ" FK-nın baş məşqçisi Qurban Qurbanov iştirak etmişdir. Qurban bəy belə tədbirlərin çox olmasının faydalı olmasından danışıb: "Bir vətəndaş olaraq belə tədbirlərdə iştirak etmək fərəhvericidir. Futbolun kütləviliyi üçün bütün sferalarda məqsədli tədbirlərin keçirilməsi vacibdir. İnanıram ki, bu uşaqların arasından sabah böyük ulduzlar yetişə bilər. Çünki, onlar qazandıqlarını qədrini daha yaxşı anlayır."
XOK-un prezidenti Şahin Əliyev isə bunları vurğulayıb: "Sevinirəm ki, futbola maraq getdikcə artır. XOK-un planında beynəlxalq əlillər günü, aprelin son həftəsində keçirilən futbol həftəsi iyunda uşaqlar günü münasibətiylə belə yarışlar keçirməyi planlaşdırırıq. Aprel və iyun turnirlərində "Qarabağ" FK-nın aşağı yaş qrupları da adıçəkilən yarışlarda iştirak edəcəkdir. Biz yarışları 12-14 yaşlı uşaqlar arsında keçiririk. Əsas məqsədimiz belə məktəblərin uşaqlarını cəmiyyətə inteqrasiyasına nail olmaqdır. Sevindirci haldır ki, getdikcə belə tədbirlərə maraq daha geniş vüsət alır. "Qarabağ" FK-nın rəhbərliyinə bizə verdikləri hər tərəfli dəstəyə görə təşəkkürümüzü bildiririk.
Xəbəri "Qarabağ" klubunun rəsmi saytı yayıb.