QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
"Qarabağ" "Neftçi"yə başsağlığı verdi...(korner.az)

Şənbə günü Premyer Liqanın XX turu çərçivəsində səfərdə "Karvan"la qarşılaşan "Neftçi"nin iki inzibati işçisinin - kadrlar şöbəsinin əməkdaşı 33 yaşlı Vahid Vaqif oğlu Həmidov və Mətbuat və İnformasiya Departamentinin əməkdaşı 28 yaşlı Alim Malik oğlu Məmmədovun (jurnalist) avtomobil qəzası nəticəsində dünyasını dəyişməsi, iki nəfərin isə yaralanması haqda xəbər vermişdik. Yaralılar: komandanın icraçı-direktoru Mübariz Xudiyev və operator Dadaş Zeynalov hazırda Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alırlar. 

Bu gün "Qarabağ" Futbol Klubu bunla bağlı "Neftçi"yə başsağlığı verib. Başsağlığı məktubunda deyilir: "Qarabağ" Futbol Klubunun kollektivi "Neftçi" Futbol Klubunun əməkdaşları Alim Malikoğlu və Vahid Həmidovun vaxtsız və faciəvi vəfatlarından kədərləndiyini bildirir, həlak olanların yaxınlarına, eləcə də "Neftçi" klubuna bu ağır itkiyə görə dərin hüzünlə başsağlığı verir. Allah rəhmət eləsin!!!"