QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
"Qarabağ" Ağdamda 1 məşqlə kifayətlənəcək (90plus.info)
Ağdamın "Qarabağ" komandası sabah Ağdama yollanacaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Belə ki, bu gün Suraxanı qəsəbə stadionunda yeganə çalışmasını edən ağdamlılar sabah günortadan sonra Quzanlıya yolllanacaq. Komanda "Xəzər-Lənkəran"la kubok matçı öncəsi 1 hazırlıq da Ağdamın Olimpiya kompleksində keçəcək. 
Azərbaycan milli komandasına 9 futbolçusunu yollayan Ağdam təmsilçisi bu səbəbdən sadəcə matçöncəsi tam heyətlə məşq keşə biləcək. Belə ki, milli futbolçular sabah komandaya qoşula biləcək.
Xatırladaq ki, "Qarabağ" martın 7-də ölkə kubokunun ¼ final mərhələsində "Xəzər-Lənkəran"la üz-üzə gələcək. Oyun AZTV ilə canlı olaraq yayımlanacaq.