QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Tahir Gözəl "Qarabağ"ı yalnız buraxmadı (90plus.info)
Komandasına daim dəstək verən "Qarabağ" klubunun vitse-prezidenti Tahir Gözəl bu gün "Xəzər-Lənkəran"la kubok görüşü öncəsi işlərinin çox olmasına baxmayaraq komandayla görüşməyə imkan tapıb. Bu barədə Ağdam klubunun rəsmi saytı məlumat yayıb.
Tahir bəy görüşə başlamamışdan öncə 18 il öncə Xocalı soyqırımında həlak olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Vitse-prezident kubokda "Xəzər-Lənkəran"la matçöncəsi futbolçulardan qələbə gözlədiyini, "Qarabağ"ın artıq bütün turnirlərdə zirvəyə oynamaq dərəcədə böyüdüyünü bildirib. Bu baxından çempionluq uğrunda mübarizə ilə yanaşı kubokda da komandanın sona qədər döyüşməsinin vacibliyini vurğuladı. Tahir Gözəl hər 2 cəbhədə komandadan uğur gözlədiyini gizlətməyib. Sonda vitse-prezideny komandaya hər 2 yolda uğurlar arzulayıb. 
Tahir bəylə görüşdən dərhal sonra komanda Ağdama yola düşüb.