QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Tahir Gözəldən "Qarabağ"a dəstək (90plyus.info)
"Bakı" məğlubiyyətindən sonra "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl yenə də sevimli komandasını yalqız qoymayıb və bu gün komanda üzvləri ilə görüşüb. Bu barədə Ağdam klubunun rəsmi saytı xəbər yayıb.
Tahir bəy "Qarabağ"a inandığını, komandanın hər zaman ürəyi ilə vuruşduğunu bildiyini vurğulamaqla, artıq "Bakı"yla oyunda qeydə alınmış məğlubiyyətin unudulmasını istəyib. "Qarabağ"ın bu il nadir hallarda məğlub olduğunu vurğulayan Tahir Gözəl mövsümün geridə qalan hissəsində futbolçuların öz kimliklərini ən yaxşı şəkildə ortaya qoyacaqlarına əmin olduğunu bildirib. Sonra komandanın baş məqşçisi Qurban Qurbanov "Bakı"yla oyunun futbolda təsadüf edilən hallardan olduğunu və bəzən sərgilədikləri futbolun heç də istədikləri kimi alınmamasının qaçınılmaz olduğunu vurğulayıb. Qurban müəllim Tahir bəyə komandaya verdiyi dəstəyə görə öz təşəkkürünü bildirib.
Ardınca ağdam klubunun kapitanı Aslan Kərimov və Rəşad Sadıqov danışıb. Hər iki futbolçu "Bakı"yla oyunda komandanın potensialının 50 faizini ortaya qoya bilmədiyini vurğulamaqla yanaşı, bu məğlubiyyətdən dərs çıxardıqlarını və qarşıdakı oyunlarda uğur qazanmaq üçün ən yaxşısını etmək üçün çalışacaqlarını bildiriblər. Eyni zamanda "Xəzər-Lənkəran"la kubok oyununda "Qarabağ"ı növbəti mərhələdə görmək istəyən Tahir bəyə futbolçular tur sözü veriblər.