QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Rəşad Sadiqov: “Bakı”yla oyunda da iştirakım sual altındadır” (qol.az)
“Qarabağ”ın və millimizin yarımmüdafiəçisi Rəşad Sadiqovun əsas komandamızın bu gündən başlayan təlim-məşq toplanışından azad olunmasıyla bağlı açıqlama verib. O, Qol.Az-a bildirib ki, buna səbəb soyuqdəymədən əziyyət çəkməsi olub: “Qarabağ”ın “Neftçi”ylə oyunundan sonra özümü pis hiss etməyə başladım. Kəskin qızdırmadan əziyyət çəkdiyim üçün komandamızın məşqlərinə də qatılmırdım. Lakin bu gün millinin təlim-məşq toplanışı başladığından və mənə də dəvət gəldiyindən, düşərgəyə getməli oldum. Vəziyyətimin yaxşı olmadığını görüncə həkimlər müayinə etdilər. Məhz onlar bildirdilər ki, bu vəziyyətdə məşq etməyim mümkünsüzdür. Onların məsləhətinə uyğun olaraq, baş məşqçi Berti Foqts da evə buraxılmağıma qərar verdi. Qarşıdakı 4-5 gündə məşq edə bilməyəcəm. Bu üzdən “Qarabağ”ın “Bakı”yla oyununda iştirakım da sual altındadır. Həm millidən, həm də komandamın düşərgəsindən kənarda qaldığıma görə təəssüflənirəm. Amma neyləmək olar? Yəqin belə olmalıymış”.