QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Əmrah Çəlikəl: «Rəşad Sadıqov və Elnur Alahverdiyevlə müqaviləni uzatmaq istəyirik» (qol.az)

«Komandada ab-hava yüksək səviyyədədir. Bundan sonra hər şeyin daha yaxşı olacağına inanıram». Bu sözləri Qol.Az saytına açıqlamasında «Qarabağ» klubunun direktoru Əmrah Çəlikəl deyib. Onun sözlərinə görə, «Neftçi» ilə matçı qələbə ilə başa vurduqdan sonra komanda ruhu geri qayıdıb: «Komanda ruhunun geri qayıtması üçün belə bir qələbəyə ehtiyacımız vardı. Təbii ki, məqsədimiz çempion olmaqdır. Amma bunu əldə etmək üçün qarşımızda olan komandaların önünə keçməyi bacarmalıyıq. Bu, heç də asan olmayacaq. Lakin komandamızın bunu bacaracağına inanıram. Əgər bu məqsədimizə çata bilməsək, mümkün qədər yuxarı yerlərə yüksəlməyə çalışacağıq. Yəni ən azı avrokuboklarda iştirak etməyə imkan verən vəsiqəni qazanmağa çalışacağıq».
Daha sonra mövsüm sonu sözləşməsi başa çatan futbolçularla müqavilənin uzadılıb-uzadlımamasına toxunan Ə.Çəlikəl bu istiqamətdə addımlar atacaqlarını söyləyib: «Rəşad Sadıqov və Elnur Alahverdiyevin sözləşməsini uzatmaq istəyirik. Təbii ki, ilk olaraq bu futbolçuların özlərinin razılığı olmalıdır. Rəşad kimi futbolçu ilə müqaviləni uzatmağı kim istəməz?»

 

Əmrah Çəlikəl: «Rəşad Sadıqov və Elnur Alahverdiyevlə müqaviləni uzatmaq istəyirik»