QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Tahir Gözəl: «Mən sizə inanıram, siz çətin günləri arxada qoyacaqsınız!»(qol.az)
Bu gün «Qarabağ»ın vitse-prezidenti Tahir Gözəl komandanın məşqçiləri və futbolçuları ilə görüşüb. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə komandanın son uğursuz çıxışlarına toxunulub. Futbolçularla söhbət edən, problemlərini dinləyən Tahir Gözəl onlara inandığını, komandanın çətin günləri arxada qoyacağına şübhəsi olmadığı vurğulayıb. Klubun direktoru Əmrah Çəlikəl, baş məşqçi Qurban Qurbanov, komandanın kapitanı Aslan Kərimov, eləcə də legioner Admir Teli çıxış ediblər. Onlar «Qarabağ»ın tezliklə toparlanacağını, qeyri-qənaətbəxş nəticələrinin səbəblərinin bəlli olduğunu və lazım gələndən də artıq fədakarlıq edəcəklərini bildirib. Aslan Kərimov komanda adından Tahir Gözələ verdiyi dəstəyə görə təşəkkür edərək geridə qalan matçlarda ancaq qələbə üçün meydana çıxıb ən pis halda avroliqaya vəsiqə qazanacaqlarını bildirib.