QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
2010 məğlubiyyətlə başa çatdı

Milli komandamız 2010-cu ildə son oyununu keçirdi. Podqoritsa şəhərində Çernoqoriyanın qonağı olan komandamız meydanı 0:2 hesağlı məğlubiyyətlə başladı.
Ötən oyunlara nisbətən daha zəif oyun sərgiləyən milli ilk yarıda qapısının toxunulmazlığını qorusa da, ikinci hissədə meydan sahiblərinin iki qoluna əngəl ola bilmədi. Hesabı 62-ci dəqiqədə Luka Peyoviç açdı. Onun uzaqdan möhtəşəm zərbəsi Kamran Ağayev üçün qarşısıalınmaz oldu. 74-cü dəqiqədə isə 18 dəqiqə əvvəl meydana çıxmış Fatoş Beçiray müdafiəçilərimizin kobud səhvindən yararlanaraq, hesabı 2:0-a çatdırdı. Son dəqiqələrdə rəqib futbolçularımızın səhvindən yararlanıb daha iki qol vura bilərdi, amma komandamızın bu epizodlarda bəxti gətirdi. Bununla da yığmamız 2010-cu ili məğlubiyyətlə başa vurdu.