QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
«Qarabağ»ın məşqçisi «Şaxtyor»un seminarında iştirak etdi (qol.az)
 

Bugünlərdə «Qarabağ» komandasının fiziki hazırlıq üzrə məşqçisi Çudomir Çokarov Ukraynanın «Şaxtyor» klubunun Donetsk şəhərində təşkil etdiyi seminarda iştirak edib.

Qol.Az-ın «Qarabağ»ın rəsmi saytına istinadən yaydığı xəbərə görə, dünya nəhənglərindən sayılan «İnter», «Barselona», «Ayaks» və «Şaxtyor»un mütəxəssislərinin keçirdiyi seminar iki gün davam edib.

«Seminarda Şaxtyor», «Ayaks», «Barselona» və «İnter»in nümayəndələri uşaq-gənc futbolun inkişaf kosepsiyaları haqqında məruzə etdilər. Faydalı müzakirələr aparıldı. Konfrans 2 hissədən ibarət idi. İlk öncə səhərlər nəzəri məşğələlər keçirilirdi. Adını qeyd etdiyimiz klub nümayəndələri seminarı aparırdılar. Axşam isə seminarda iştirak edənlər məşq keçir və sonra da hazırlığı müzakirə edirdilər. Məşqləri «Şaxtyor»un aşağı yaş qruplarında edirdik. Donetsk və ətrafında «Şaxtyor»un 7 filialı və onlarla məktəbi fəaliyyət göstərir. Konfransda «Şaxtyor»un 60 məşqisiylə yanaşı başqa ölkələrdən eyni sayda başqa ölkə nümayəndələri vardı. Azərbaycandan tədbirə sadəcə «Qarabağ»ın nümayəndəsi qatılmışdı. Tədbirlə bağlı təəssüratlarım olduqca müsbətdir. Futbol fəlsəfəsi haqqında edilən müzakirələr, inkişaf metodologiyası haqqında söhbətlərin olduqca effektli alındığını düşünürəm. Xüsusilə «Şaxtyor»un dünya klubu olması yönündə atdığı addımları təqdirəlayiqdir» - deyə Ç.Çokarov klubun rəsmi saytına bildirib.