QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
\"Qurban Qurbanovla aramda heç bir problem yoxdu\" (fanat.az)

Emin İmaməliyev: "Baş məşqçinin qərarına hörmətlə yanaşıram"

Fanat: "Bakı" ilə oynuda "18-lik"dən kənarda qalmağımın səbəbini bilmirəm. Bunu baş məşqçi bilər. Mən onun qərarına hörmətlə yanaşıram". Bu sözləri Fanat.az-a açıqlamasında "Qarabağ"ın futbolçusu Emin İmaməliyev deyib.
Emin Qurban Qurbanovla münasibətlərinin yaxşı olduğunu bildirib: "Xasiyyətim elə deyil ki, baş məşqçiylə aramda problem olsun. Baş məşqçinin kim olmağından asılı olmayaraq, mən məşqçiyə həmişə hörmətlə yanaşmışam".
Futbolçu "Qarabağ"dan ayrılmaq istəməsi ilə bağlı xəbərləri təkzib edib: "Bunu hardan eşitmisinizsə səhvdi. Mənim "Qarabağ"la müqaviləm 2012-ci ildə başa çatacaq. Hələ başqa komandaya getmək fikrim yoxdu".