QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Bəxtiyar Soltanov: \"Bəlkə də qol vurmağımın əsas səbəbi budur\" MÜSAHİBƏ (premyerliqa.az)
"Əsas məsələ orada həll olunacaq"
 
"Qarabağ"ın hücumçusu Bəxtiyar Soltanovun Premyerliqa.az saytına müsahibəsi
 
- Dünən Tovuzda "Turan"a qalib gəldiniz. Həmin oyunla bağlı nə deyə bilərsən?
- "Turan"la oyun çox ağır keçdi. Bir qol vurub, hesabı sonadək saxladıq. Stadion çox pis vəziyyətdə idi. Ona görə də oyun çətin keçdi. İstədiyimiz oyunu qura bilmədik".
 
- Ardıcıl iki oyundu fərqlənirsən. Demək olarmı ki, əvvəlki Bəxtiyar qayıdır?
- Vallah, nə deyim. Baş məşqçi etibar edir, ona görə də meydana buraxır. Mən də çıxıb öz oyunumu göstərməyə çalışıram. Əvvəlki Bəxtiyarın qayıdıb-qayıtmadığına isə qarşıdakı oyunlarda aydınlıq gələcək.
 
- Bundan əvvəlki oyunlarda daha çox yarımmüdafiənin canahında çıxış edirdin. Ancaq son iki matçda sırf hücumçu kimi oynayırsan. Necə düşünürsən, qol vurmağında bu amilin rolu var?
- Bəlkə də qol vurmağımın səbəbi hücumda oynamağımdı. Ona görə də oyunum alınır.
 
- Özünə inanırsan ki, bunun davamını gətirə biləcəksən?
- Əlbəttə, inanıram. Bunun davamını gətirmək üçün əlimdən gələni edəcəyəm. İnşallah, bundan sonra da vurduğum qollarla komandama xeyir verəcəyəm.
 
- Yəqin ki, əvvəlki formana qayıtdıqdan sonra milli komanda barədə də düşünəcəksən.
- Əvvəlcə burada özümü doğruldum, milli komandaya hələ var.
 
- Ancaq mətbuata müsahibəndə bildirmisən ki, Foqts səni maraqlandırmır.
- Yox, mən elə deməmişəm. Fikirlərim səhv başa düşülüb. Mən demişəm ki, Foqtsun yığmada qalıb-qalmaması məni maraqlandırmır. Jurnalist isə başqa cür yazıb.
 
- Qurban Qurbanovun Raufu ehtiyatda saxlayıb, səni meydana buraxması özünü göstərməyin üçün əla şans oldu. Səncə, Rauf qayıdandan sonra da baş məşqçi sənə etimad göstərəcəkmi?
- Yəqin ki, Qurabn müəllim qarşıdakı oyunlarda da mənə etimad göstərəcək. Ancaq mən də əlimdən gələni edəcəyəm ki, daim start heyətdə yer alım. Komanda üçün bütün gücümü ortaya qoyacağam.
 
- Necə fikirləşirsən, Raufla hücum xəttində yaxşı tandem təşkil edə bilərsən?
- Mən Raufla U17 və U19-da çox oynamışam. Bizim oyunumuz həmişə yaxşı alınıb. Hər ikimiz dəfələrlə fərqlənmişik. Ancaq indi tandemimiz alınarmı, bunu deyə bilmərəm. Çünki "Qarabağ"a keçdikdən sonra onunla hücum xəttində birlikdə oynamamışam.
 
- "Qarabağ"ın ilk "altılıq" şanslarını necə dəyərləndirirsən?
- Artıq ilk "altılıq"dayıq. Bundan sonra çempionluğa baxırıq.
 
- Səncə, qarşıya qoyulan hədəfə çatmaq mümkün olacaq?
- Əlbəttə, mümkün olacaq. Hələ qarşıda "altılıq" oyunları var. Əsas məsələ orada həll olunacaq. Liderlə aramızda elə də ciddi fərq yoxdu. Cəmi 7 xallıq fərq var. Məncə, bunu aradan qaldırmaq olar.