QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
`Qarabağ` `Rəvan`a hazırdır
`Qarabağ`ımız `Rəvan`la oyuna hazırdır. Premyerliqanın XXI turunda adıçəkilən komandanın qonağı olacaq komandamız artıq hazırlıqlarını bitirərək oyun saatını gözləyir.
Premyerliqanın ilk dövrəsində qolsuz bərabərsizliyə razılaşdığımız rəqibə qarşı komandamız yalnız qələbəyə köklənib. `Qarabağ`ımızda Branimir Subaşiçin meydana çıxmayacağı dəqiqdir. Kristian Torres də tam hazır deyil. Buna baxmayaraq `Qarabağ`ımız tam olaraq `Rəvan`la görüşə 3 xal üçün çıxacaq.
Qeyd edək ki, `Rəvan` - `Qarabağ` oyunu sabah 15:00-da `Bayıl-Arena`da keçiriləcək.