QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
`Qarabağ` sonuncu məşqinə çıxdı
`Qarabağ`ımız `Gefle`ylə oyuna hazırdır.  Avroliqanın III mərhələsində  İsveç komandasıyla cavab görüşünə çıxacaq komandamız Bakı vaxtıyla 22:00-da məşqə çıxdı.
Oyunun keçiriləcəyi `Norrporten Arena`da komandamızın məşqi 1 saat davam etdi. Ənənəvi olaraq `Qarabağ`ımızın baş məşqçisi Qurban Qurbanov futbolçuları çox yükləmədi. Müəyyən toplu hərəkətlərin ardından `kvadrat` oynanıldı.  Vüqar Nadirov fizioterapevt nəzarətində xüsusi olaraq çalışdı..
Məşqi izləyənlər arasında `Qarabağ`ımızın vitse-prezidenti Tahir Gözəl də vardı. Başqanımız məşq bitəndən sonra yaşıl meydançadaca da komandayla görüşdü. Sabah bütün Azərbaycanın `Qarabağ`dan qələbə gözlədiyini bildirdi. Onlara inandığını bildirdi. Sonra başqanımız hər bir futbolçuyla görüşərək onlara uğur arzuladı.
`Qarabağ`ımızın baş məşqçisi Qurban Qurbanov oyun öncəsi açıqlaması: `Gefle` ilk oyunda göstərdi ki, sıradan bir komanda deyil. Bizimlə doğma meydanda başqa cür oynayacaqlar.  3-4 fərqli sxemli  oyun üslübları var. Hər bir şeyə hazır olmalıyıq. 90 dəqiqə lazım olsa daha çox oyun intizamını pozmamalıyıq.  Tur  üçün mübarizə aparacağıq. Amma sona qədər döyüşmək lazımdır. Rəqib uzunboylu futbolçulardan ibarətdir. Bundan istifadə etməyə çalışacaqlar. İStənilən halda biz də özü oyunumuzu göstərməyə çalışacağıq.