QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Azərbaycan derbisinin başlanma saatı açıqlanmışdır
`Qarabağ`ımız  hazırlıqlarını davam etdirir. Komandamız həftəsonu premyerliqanın VIII turunda `Neftçi`nin qonağı olacaq. Azərbaycan derbisinin hazırlıqlarına `Simurq`la oyundan  1 gün sonra  başlayan komandamız  məşqlərini gündə 1 dəfə olmaqla davam etdirir. `Qarabağ`ımızda Rəşad Sadıqov və Ulrix Kapalonqo sonuncu oyunu zədə səbəbindən buraxmışdı. Hazırda onların müayinəsi davam edir.
Qeyd edək ki, artıq Azərbaycan derbisinin başlama saatı açıqlanmışdır. `Neftçi` - `Qarabağ` Sentyabrın 28-də, şənbə günü `Bakcell –Arena`da 19:00-da start götürəcək.