QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Sebahettin Tekin:`Hər zaman `Qarabağ`ın azarkeşi olaraq qalacam.`
`Qarabağ`ımız aşağı yaş qruplarının idari sistemində dəyişiklik baş verib. `Qarabağ` aşağı yaş qruplarının  texniki koordintoru Sebahettin Tekin işindən ayrılıb. Türkiyəli mütəxəssis 2 il aşağı yaş qruplarında futbolçu yetişdirilmə işinə nəzarət edirdi. Sebahettin hoca  ailə zəminində yaranmış problemlərlə əlaqədar olaraq klub rəhbərliyinə ayrılmaq istədiyini bildirib. Klub rəhbərliyi durumu anlayışla qəbul edərək Tekinin ərizəsini qəbul edib. Sebahettin bəyi dinləyək:`2 ildir `Qarabağ`da çalışıram. Həqiqətən, burda unudulmayacaq vaxtlar keçirmişəm. 2 il boyunca `Qarabağ`a şərəflə və sevgiylə xidmət etdik. `Qarabağ`ın özəl bir klub olduğunu anlamaq üçün burda 1 gün keçirmək belə  kifayətdir. İnanıram ki, `Qarabağ`ın uşaq futbolunun inkişafı üçün nələrsə etməyi  bacarmışam. `Qarabağ`da rəhbərlikdən tutmuş ən sıravi işçiyə kimi hər kəs işinə sevgi və məsuliyyətlə yanaşır. Rəhbərlik uğur qazanmaq üçün lazım olan hər bir şeyi etməyə çalışır. Burda olduğum müddətdə ancaq xoş xatirələrim yadımda qalıb. Təəssüf ki, ailəvi səbəblərdən dolayı ayrılmaq məcburiyyətində qaldım. Sağ olsun, məni anlayışla qarşıladılar. Düzdü, artıq buranı tərk edirəm amma hər zaman `Qarabağ`ın azarkeşi olaraq qalacam. `Qarabağ`a hər zaman uğurlar arzulayıram`