QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Qırılan sindromdan 4 xal fərqə qədər. Video-Foto

`Qarabağ`ımız XXI turun sonuncu qarşılaşmasında AZAL-ı qəbul edərkən liderlər qrupunda olan rəqiblərinin məğlub olduğu, əvəzində son turlarda sürət yığan `İnter` və `Bakı`nın qələbələri zirvə uğrunda mübarizənin daha da kəskimləşdiyi məlum olmuşdu. Belə də AZAL-la oyundakı qələbənin dəyəri hava-su kimi artmışdı. Premyerliqadada baş tutan öncəki 2 qarşılaşmada rəqibindən cəmi 1 xal qopara bilən komandamızda ötən turdakı `Qəbələ` zəfəriylə müqayisədə heyətdə 2 dəyişiklik vardı. Admir Telinin zədə üzündən oyunu buraxacağı dəqiq idisə, Vüqar Nadirov yerini Muarem Muaremə vermişdi. Elə Maksim Medvedev də xəstəlikdən sonra əsas heyətdə yerini almışdı.
Oyunun startındaca Jumbinyo Leroyun yerinə yetirdiyi künc zərbəsindən sonra başla vurduğu zərbəylə fərqlənməyə yaxın oldu. AZAL öncəki qarşılaşmalarda olduğu kimi geriyə çəkilərək bütün mövqeləri bağlayıb komandamıza boşluq verməməyə çalışırdı. Ümumi nəzarəti əldə saxlayan komandamız nəhayət ki, 33-cü dəqiqədə hesabı açdı. Oyunun ən fəallarından olan Leroy qapıçıyla təkbətəkdən maksimum yararlandı. Bu `Qarabağ`ın tarixindəki ilk hollandiyalının premyerliqada vurduğu 3-cü qol oldu. 26 yaşlı vinger sonuncu dəfə VI turda `Rəvan`la oyunda qol vurmuşdu.
İlk yarı elə bu hesabla da başa çatdı. 2-ci hissənin startındaca təşəbbüsü ələ alan komandamız ilk həmlədəcə fərqləndi. Yeni ildə yüksək formada olan Jumbinyo hesab arasında fərqi artırması cari mövsüm 6-cı dəfə adını tabloya yazdırmaq anlamına gəlirdi.
2-ci qoldan sonra oyunda temp aşağı düşdü. Düzdü, Leroy və Muarem əlverişli imkanları boşa verdi. Amma qonaqlar ilk qol imkanındaca hesab arasındakı fərqi azaldılar. İqbekoyi başla fərqi minimuma gətirəndə oyuna müəyyən intriqa gətirsə də `Qarabağ`ımız qələbə hesabını qoruya bildi.
Bu qələbə komandamızın 2014-cü ildə doğma meydanda qazandığı ilk qələbə kimi tarixə düşdü. Eyni zamanda komandamız bu mövsüm premyerliqada ik dəfə rəqibini üstələdi (tərəflər ölkə kubokunun 1/8final mərhələsində qarşılaşmış komandamız 1:0-lıq qələbəylə növbəti mərhələyə adlamışdı).
Cari qələbə `Qarabağ`ımızın ilk pillədəki mövqeyini möhkəmləndirdi. Ən yaxın rəqiblərini (`Neftçi`, Qəbələ) 4 xal qabaqlasa da, yuxarıda qeyd etdiyimiz kimi `İnter` və `Bakı` növbəti qələbələriylə aradakı 6 xallıq fərqi saxlayaraq medallar uğrunda mübarizədə var olduqlarını gözlədilər.
XXII turun oyunu isə çox yaxındadır. `Qarabağ`ımız bu dəfə `Rəvan`ı qəbul edəcək. Maraqlıdı ki, AZAL kimi `Rəvan`ı da ilk yarıda baş tutan hər 2 qarşılaşmada məğlub edə bilməmişdik. Daha bir sindromunu qırılması üçün Fevralın 19-unu gözləmək lazımdır...

`Qarabağ` - AZAL Qollar..

http://www.qarabagh.com/1987/?name=videosif&lang=1

`Qarabağ - AZAL Fotolar..

http://www.qarabagh.com/1987/index.php?name=photoview&phid=511&lang=1