QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
`Qarabağ` `Rəvan`ı 2lədi. Canlı

`Qarabağ`ımız premyerliqanın XXII turunda `Rəvan`ın qonağı olur. 17:00-da `Bayıl-Arena`da start götürəcək qarşılaşma onlayn-reportaj təqdim olunacaq.

01-Oyun başladı.

05 – Oyuna komandamız hakimlik edir.

10- Oyun sakit tempde davam edir.

17- Oyunda qayda pozuntusu qeydə alınır. `Rəvan` cərimə zəribəsi yerinə yetirir.

22- `Qarabağ` cərimə zərbəsi yerinə yetirir.

24- oyunda ilk təhlükəli vəziyyət. `Rəvan`ın qapıya doğru zərbəsini Şeliç dəf edir.

27- `Qarabağ` hücumu davam etdirir.

28- `Rəvan`dan Boyan Markoviç sarı vərəqə alır.

37- Hələ hesab açılmayıb.

41- `Qarabağ` cərimə zərbəsi yerinə yetirir. Jumbinyonun zərbəsi qapının üstündən keçir.

 

45- Ansi Aqolinin zərbəsi nəticəsiz qalır. `Rəvan`ın futbolçusu sarı vərəqə alır.

Oyuna bir dəqiqə əlavə edilir.

45+1- Oyunda hesab açılmır.

46- İkinci taym başlayır.

52- `Rəvan` cərimə zərbəsi yerinə yetirir.

54- `Qarabağ`ın zərbəsini qapıçı dəf edir.

55- Vüqar Nadirovun yerinə Leroy Corc daxil olur.

61- QOOOOOOOOOLLLLL!!! Leroy Corc hesabı açır.

69- QOOOOOOOOOOOL!!!! Leroy Corc komandasına ikinci qol sevincini bəxş edir.

75- Oyun sakit tempdə davam edir.

80- `Rəvan` futbolçusuna daha bir sarı vərəqə.

81- Almeydanın zərbəsi qapıdan yan keçir.

81- Namiq Yusifov Jumbinyonu əvəz edir.

84- Oyundakı cərimə zərbəsi Şehiç asanlıqla dəf edir.

89- Leroy Corc üçüncü qolu vurmağa çox yaxın oldu.

90- Oyuna 3 dəqiqə əlavə olunur.

90+3 Oyun başa çatır. `Qarabağ` 2:0 hesabı ilə qalibdir.