QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
`Qarabağ`ımız kubokla vidalaşdı
`Qarabağ`ımız kubokla vidalaşdı. Ölkə kubokunun ¼ final mərhələsində `Qəbələ`ylə qarşılaşan komandamız 2:1 hesabıyla məğlub olaraq yarışda iştirakını dayandırıb.
1 həftə öncə Qəbələdə qeydə alınan 0:0 hesabından sonra  `Qarabağ`ımız qalib gəlməklə  növbəti mərhələyə yüksəlmək istəyirdi. Amma 45-ci dəqiqədə `Qəbələ` Subotiçlə hesabı açaraq vəziyyəti xeyrinə dəyişib. Komandamızın baş məşqçisi Qurban Qurbanov 2-ci yarıda Reynaldo və Jumbinyonu meydana buraxaraq oyunu dəyişməyə çalışdı. Elə Reynaldo baxımlı qolla hesabı bərabərləşdirdikdən sonra komandamız bütünlüklə 2-ci qolu vurmaq üçün irəli atıldı. Amma cəhdlərimiz fayda verməyincə Mendi 2- ci qolu vuraraq görüşdə yekun hesabı müəyyənləşdirdi.
Beləliklə, ümumi hesabda `Qəbələ`yə 2:1 məğlub olan komandamız kubok mübarizəsini yarıda saxladı.