QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Başqanımız Tahir Gözel Con van Loenlə görüşmüşdür

`Qarabağ`mızın rəhbərliyi mütəmadi olaraq aşağı yaş qruplarındakı futbolçular və onların valideynləri ilə görüşlər keçirir. Belə tədbirlərdən biri `Sərhədçi` Olimpiya kompleksində baş tutub. Hər zaman aşağı yaş qruplarına xüsusi həssaslıqla yanaşan `Qarabağ`ımızın vitse-prezidenti Tahir Gözel belə bir görüş çərçivəsində məşqçilər, gənc-yeniyetmə futbolçular və onların valideynləriylə bir araya gəlib.


Tədbir valideynlərlə görüşlə yanaşı daha bir önəm də daşıyıb. Belə ki, AFFA-nın məlum qərarına bağlı olaraq `Qarabağ`ımıza da aşağı yaş qruplarına idman direktoru təyin olunub. Hollandiyalı Con van Loen ölkəsində yetərincə tanınmış futbol adamıdır. Bu haqda bi qədər sonra.

Aşağı yaş qruplarıyla görüşdən öncə `Qarabağ`ımızın başqanı Tahir Gözellə Loenin tanışlıq prosesi baş tutdu. Başqanımızla holland mütəxəssis arasında 30 dəqiqəlik söhbət baş tutdu. Səmimi mühitdə keçən görüşdə Tahir bəy Qarabağ adının mahiyyəti haqqında Loene geniş məlumat verdi. `Ayaks`ın sabıq hücumçusu isə öz növbəsində hədəf və məqsədləri barəsində danışdı. Ardınca yuxarıda qeyd olunan görüş baş tutdu.


300-ə yaxın uşaq və valideynin iştirak etdiyi tədbiri başqanımız Tahir Gözel açdı. Hər kəsi salamladıqdan sonra Tahir bəy Con van Loeni tədbir iştirakçılarına təqdim etdi. Başqanımız qeyd etdi ki,sevindirici haldır ki, AFFA-nın İcrayyə komitəsinin klubların aşağı yaş qruplarına idman direktoru təyin edilməsi çərçivəsində klubumuza məhz Con Van Loen təyin olunmuşdur. Hollandiya millisində dəfələrlə meydana çıxmış və qol vurmuş, ölkəsinin ən məşhur klubu olan `Ayaks`ın şərəfini qorumuş Loenin 1 il ərzində `Qarabağ`ın aşağı yaş qruplarının inkişafı üçün çalışacağını bildirib. Başqanımız Loenin təcrübəsiylə aşağı yaş qruplarında metodiki təkmilləşmə sayəsində aşağı yaş qruplarının yeni inkişaf mərhələsinə qədəm qoyacağına inandığını bildirdi. Hər kəsdən avropalı mütəxəssisdən faydalanmağı tövsiyə etdi.
Ardınca Con van Loen danışdı. Loen nitqində `Qarabağ`a faydalı olmaq üçün çalışacağını, özü üçün deyil, `Qarabağ` üçün burda olduğunu bildirdi. 1 il ərzində qarşılıqlı anlaşma içində səmərəli fəaliyyətə inandığını ifadə etdi. İlk gündəcə belə görüşün keçirilməsindən məmnuniyyətini bildirdi.

Ardınca Tahir bəy danışaraq `Qarabağ` həqiqətləri haqqında Loenə məlumat verdi. Eyni zamanda bildirdi ki, `Qarabağ` 1 ailədir. Uşaqlı,valideynli, məşqçili hər kəs bu ad uğrunun nəcibliyi uğrunda çalışır. Belə bir ailəyə sahib olduğu üçün qürur duyduğunu ifadə başqan əsas komandanın çempionluğa yaxın olmasını vurğulayaraq bunun yeniyetmələrimiz üçün gözəl stimul olduğunu bildirdi. Başqan eyni zamanda ifadə etdi ki, hər nə qədər bizi birləşdirən amil futbol olsa da o ilk növbədə hər bir gələcək futbolçudan ilk növbədə şəxsiyyət kimi formalaşmağın vacibliyini vurğuladı. Başqan məşqçilərə mütləq komandalarında olan uşaqların təhsilləriylə maraqlanmalı olduqlarını bildirdi.
Başqanımız sonra sözü valideynlərə verdi. Səmimi ortam çərçivəsində başqanımız hər kəsin ailə daxilində danışmaq hüququnu olduğunu ifadə edərək valideynlərdən təkliflərini, iradlarını bildirmək istədi. Ardınca valideynlər danışdılar. Daha çox çıxış edən Qarabağ qaziləri `Qarabağ` ruhunun özəliyini ifadə edərək  övladlarının məhz Qarabağ ruhuyla böyüməsindəkı fərqlilikdən danışıblar. Məşqçilərin övladlarına ilk növbədə olan insani qayğısını vurğuladılar. Eyni zamanda valideynlər başqanımıza aşağı yaş qruplarıyla bağlı təklif və iradlarını bildilər. Hər kəsi diqqətlə dinləyən başqanımız hər detalı diqqətə alacaqlarını və belə görüşləri mütəmadi olaraq keçirərək  `Qarabağ` ailə tellərini daha da sıxlaşdıracağını bildirib.
Beləcə 1 saat davam edən görüş başa çatıb.

Tədbir başa çatdıqdan sonra həm başqanımız Tahir Gözel, həm də Con Van Loen suallarımızı cavablandırıb. Tahir bəydən Van Loenin təyinatıyla bağlı münasibətini öyrəndik.

Tahir Gözəl:` Təbii ki,Con van Loenin təyinatını yüksək qiymətləndiririk. Loen Hollandiya kimi futbol mədəniyyəti olan ölkədən gəlib. Ölkəsinin yığmasında oynayıb. Zəngin karyeraya malikdi. Loenin ən əsas işi aşağı yaş qruplarında monitorinq təşkil etmək olacaq ki, onun təcrübəsibəsinə əsaslanan fəaliyyəti nəticəsində `alt yapı`da müsbət yöndə dəyişikliklər olacağına inanırıq. Ən xoşuma gələn amil isə Loenin özü üçü burda olmadığını bildirməsi oldu. Bu onun işinə peşəkar yanaşmasından əlavə  xarakterinin də `Qarabağ` fəlsəfəsinə uyğun gəldiyini göstərir.
- Tahir bəy, Loenin fəliyyətindən nələr gözləyirsiz?
- İlk növbədə maariflənmə. Çünki, tədris metodologiyası bizim üçün çox önəmlidir. Loendən ilk növbədə aşağı yaş qruplarımızda olan məşqçilərimizin avropa məşqçilik prinsiplərinin inteqrasıyanın sürətləndirməsini gözləyirik.
- Sizin Hollandiya futboluna olan özəl sevginizi bilirik. Loenin təyinatını xoş sürpriz kimi dəyərləndirmək olarmı?
- Əlbəttə (gülür). Mənə görə zamandan asılı olmayaraq Hollandiya futbolu öz estetikasını heç vaxt itirmir. Hər dəfə bu ölkəyə yolum düşəndə  hər 2 addımdan bir futbol meydançalarını görəndə, insanların bu oyuna sevgisini sezəndə xoşhallanmamaq mümkün deyil. Əminəm ki cənab Loenin metodikası sayəsində gələcək futbolçularımızda holland futbol fəlsəfəsinin elementlərinin şahidi olacağıq.

Con van Loenə də ilk sualımız ilkin təəssüratlarla bağlı oldu
- Təbii ki, ilk görüşdən başqanla görüşməyimiz gözlənilməz xoş bir sürpiz oldu. Tahir bəyin məsələyə yanaşma tərzi, pozitiv təşəbbüsləri göstərdi ki, ən azından dəstəyimiz əksik olmayacaq. Bir klubda rəhbərin dəstəyini hiss etmək cox vacibdir. Axı, heç də hər zaman bir iş zamanı bu durumla qarşılaşa bilməz. Ona görə də ilk görüşdən başqanla görüşmək, uşaqlar və valideynləri dinləmək, belə qarşılanmanın işimizə motivasiya baxımından əlverişli olduğunu qənaətindəyəm.
- Hədəfləriniz barəsində nə deyə bilərsiz?
- Təbii ki, məşhur deyimlə desək əlimdə sehirli çubuğum yoxdu (gülür). Hər şeyi mərhələli və təməli düzgün qoyulmuş şəkildə hərəkət etməliyik. Aydındır ki, heç nəyi anidən dəyişmək mümkün deyil. Ən vacıbi olan odur ki, söhbət əsnasında hər kəs inkişaf üçün maraqlıdır. 1 il ərzində qarşılıqlı qeyd etdiyim kimi, adım üçün yox `Qarabağ` üçün bir şeylər etməyə çalışacam.
- Ölkəniz Hollandiya uşaq futbolunun inkişafına görə dünyada seçilir. Maraqlıdı ki, ölkənizdə `alt yapı`ya diqqətin verilməsi, yerli futbolçulara üstünlük verilmə siyasətini Azərbaycanda Tahir Gözəl ilk olaraq `Qarabağ`da tətbiq etdi. Eyni futbol fəlsəfəsinə malik kluba gəlməyinizin sizə əlavə üstünlük verdiyini düşünürsüzmü?
- Hə, söhbət zamanı bu haqda məlumat əldə etdim. Əlbəttə bu sevindirici haldır ki, rəhbərlik yerli futbolçuların çox olmasını istəyi ar. Bu klubun bir stategiyası olmasını göstərir. Sistem varsa mütləq uğur da gələcək. Amma bir şey də var ki, heç nə sabit deyil və hər gün futbol yeni elementlərlə zənginləşir. Və biz də bunun üçün çalışacağıq. Klubun gənclərə etimad göstərməsi onlar üçün bir şansdı. Mənə görə futbolda yaş anlayışı nisbidir. 15 yaşlı futbolçu istedadı, əzmi imkan verəcəksə 19 yaşlılardan ibarət komandada oynaması üçün heç bir problem olmamalıdır. Mən özüm `Utrext`in heyətində ilk dəfə meydana çıxdığım zaman 17 yaşım vardı. İnanıram ki, `Qarabağ`da yeni istedadların üzə çıxarılması üçün səmərəli işlər görə biləcəyik.