QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Reynaldo ən yaxşı oldu, Riçarddan 100 ötürmə, Qaradan 99 faizlik dəqiqlik
Premyerliqanın XXX turun statistik göstəriciləri açıqlanıb. `Qarabağ`ımızın forvardı Reynaldo 19-cu qolunu vurduğu turun ən yaxşı futbolçusu seçilib. Ümumiyyətlə, bu tur bir sıra göstəricilərlə yadda qalıb. Belə ki, `Rəvan`la görüşdə komandamız 76 faizlik topa sahib olmaqla yadda qalıb. Qapıya 27 zərbə vuran komandamızın çərçivəyə gedən 5 zərbəsi qolla tamamlanıb. Komandamızın 779 ötürməsindən 741-i ünvana çatıb ki, bu da 95 faiz (!) dəqiqlik deməkdi.  Maraqlıdı ki, bu qədər hücuma, topa sahibolmaya baxmayaraq komandamız görüş ərzində 1 dəfə də ofsayda düşməyib.
Maraqlıdı ki, tur ərzində ən dəqiq ötürmə faizləri də `Qarabağ`dadır.  Riçard Almeyda görüş ərzində 100-dən çox (!!) dəqiq ötürmə ilə yadda qalıb. Rəşad Sadıqovun 104-cəhddən 97-sində topu digər `Qarabağ`lıya çatdıra bilibsə Qara Qarayev daha unikal göstəriciyə imza atıb. Belə ki, 22 yaşlı yarımmüdafiəçinin 91 ötürməsindən 90-ı dəqiq olub (!!!) və ya başqa sözlə 99 faizlik göstəriciyə sahib çıxıb. ELə Maksim də 99 faizlik nəticə göstərib. Amma Medvedev 78 ötürmədən 77-sini dəqiq tamamlaya bilib.