QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
`Neftçi` üçün
`Qarabağ`ımız derbinin hazırlıqlarına başladı. Premyerliqanın XXXII turunda `Neftçi`ni qəbul edəcək komandamız Azərbaycan derbisinə hazırlaşır. Bazar günü `Simurq`la qarşılaşdıqdan sonra Bakıya dönən komandamız bazar ertəsini  istirahətlə keçirmişdi.
Çempionatın lideri olan komandamız günün yeganə çalışmasını 17:30-da, Suraxanı qəsəbə stadionunda  keçəcək.  `Qarabağ`ımızda cəzalı futbolçu olmasa da `Simurq`la oyunda zədələnərək meydanı vaxtından əvvəl tərk edən Corc Leroyun ağrıları davam edir. Hollandiyalının Azərbaycan derbisinə qədər hazır olub-olmayacağı  bəlli deyil.
Qeyd edək ki,  `Qarabağ` - `Neftçi` oyunu  Tofiq Bəhramov adına Respublika stadionunda Bazar günü, Aprelin 27-si saat 20:00-da keçiriləcək.