QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Muarem Muarem:``Qarabağ` tarixinə düşmək qürurvericidi`

XXXII turda `Qarabağ`ımız `Neftçi`nı qəbul etdi. Azərbaycan derbisində tərəflər hərəyə vurduğu 1 qolla 1 xal qazandılar. Yüksək tempdə, zövqlü qarşılaşmada `Qarabağ`ımız görüşdə geri düşsə də 51-ci dəqiqə Muarem hesabı barəbərləşdirdi. Maraqlıdı ki, bu `Qarabağ`ımızın çempionatlar tarixində vurduğu 900-cü qol kimi düşdü.
Makedoniyalı türk saytımıza verdiyi açıqlamada həm `Neftçi`ylə oyundan, həm də komandanın durumundan danışıb:
`Gördüyünüz kimi, oyun çox gərgin keçdi. Derbi oyunu idi, istər-istəməz abu-hava da başqa idi. Zənnimcə, maraqlı qarşılaşma oldu və azarkeşlər darıxmadılar. Qola gəlincə, bu `Neftçiyə vurduğum ilk qoldu. 900-cü qola gəlincə, əlbəttə, yaddaqalan məqamdı. `Qarabağ` tarixinə düşmək qürurvericidi. Təbii ki, qalib gəlmək istəyirdik. Amma derbidə istənilən nəticənin qeydə alınması mümkündü. `Neftçi`nın də ciddi hədəfləri var. Qeydə alınan nəticəni normal hesab edirəm. Hərçənd, 2 ci yarıda fərqlənmək üçün ciddi imkanlarımız vardı. Amma dediyim kimi artıq bu oyunu unudub növbəti qarşılaşmalara baxmalıyıq. Çünki, bizi final dəyərində 4  qarşılaşma gözləyir. Artıq bu oyunları düşünməliyik. `