QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Başqandan sürpriz ziyarət - fotolar

Sabah `Qarabağ`ımız premyerliqada `İnter`lə vacib qarşılaşmaya çıxacaq. Premyerliqanın XXXIV turunun, bəlkə də çempionatın ən vacib görüşünə saatlar qala `Qarabağ`ımızın düşərgəsində xoş bir sürpriz yaşanıb. Beləki daim komandamızın yanında olan, ən həssas məqamlarda komandaya dəstəyini göstərən, inamını nümayiş etdirən `Qarabağ`ımızın başqanı Tahir Gözel komandamızı ziyarət edib. Komandamızın təlim-məşq üçün yığışdığı otelə gedən Tahir bəyi görən komandamızın baş məşqçisi Qurban Qurbanov və kapitan Rəşad Sadıqov təəccübləniblər. Başqanımızın ani gəlişini xoşhallıqla qarşılayan baş məşqçimiz və kapitanımız Tahir bəyin ziyarətindən məmnuniyyətini ifadə ediblər. Sürpriz dəstək ziyarətində Başqanla çay süfrəsindəki sohbət 1 saat davam edib. Başqanımız komandanın son durumu ilə maraqlanıb mövcud durumla bağlı ətraflı bilgi alıb. Sabah `İnter`lə qarşılaşacaq komandamıza inandığını bildirən Tahir bəy `Qarabağ` camiəsinin bugünlərdə bütünləşdiyini və ən böyük uğurları gözlədiyini ifadə edib. Sabahkı oyunda da `Qarabağ`a uğurlar arzulayıb. Başqanımız baş məşqçimizlə və kapitanla sağollaşanda komandaya inancını bir daha nümayiş etdirib.

İşlərinin çoxluğuna baxmayaraq Tahir bəy oteldən ayrılaraq dərhal Suraxanıya yollanıb. Başqanımız Suraxanı qəsəbə stadionu ərazisində,`Qarabağ`ımızın yeni bazasının - otel inşaatının tamamlama mərhələsiylə tanış olub. İnşaatla yaxından tanış olan başqan tamamlama prosesinin daha da sürətləndirilməsni tövsiyə edib.