QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Astronomiya ilə bağlı başqanımız seminar keçib

`Qarabağ` Futbol klubunun vitse-prezidenti,  iş adamı, ölkəmizdə `Tusi Bohm Planitarium`un yaradıcısı da olan Tahir Gözəl yaxın iki ildə kosmosa uçmağa hazırlaşdığını bildirib. Tahir Gözəl uçuş planları barədə məlumat verib, İştirakçıları maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, bununla bağlı açıqlamanı T.Gözəl Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının və `Tusi Bohm Planitarium`un birgə təşkilatçılığı ilə keçirilən Astronomiya Günündə verib.
Tədbirdə Şamaxı Astrofizika Rəsədxanası direktorunun müavini Xıdır Mikayılov, bu qurumun elmi işçiləri Ədalət Atayev, Tahir Mustafa və digər çıxış edənlər Astronomiya Gününün əhəmiyyətindən, astronomiya elminin inkişaf tarixindən, Şamaxı Astrofizika Rəsədxanasının fəaliyyətindən, əldə olunan nailiyyətlərdən, perspektiv planlardan danışıblar.
Qeyd olunub ki, bu günü qeyd edən dünya astronomları insanların diqqətini planetlərə, onların öyrənilməsinə yönəldirlər.

Mənbə: Azərtac