QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
BBC-nin əməkdaşı `Qarabağ`ın düşərgəsində
Azərbaycan çempionu `Qarabağ` daim diqqət mərkəzindədir. Məxsus olduğu rayonun işğal olunması fonunda klubun illərdi `ayaqda qalması`, uğurlar qazanması olduqca təəccüblü qarşılanır.  Hazırda Avstriyada təlim-məşq toplanışında olan `Qarabağ`ın bugünlərdə Böyük Britaniyadan qonağı vardı. BBC-nin əməkdaşı  Steve Menary klubumuzdan reportaj hazırlamaq üçün komandamlzln düşərgəsinə təşrif buyurub. Menary eyni zamanda dünyada futboldan bəhs edən ilk nəşr olan `World Soccer`lə də əməkdaşlıq edir. 1 milyondan çox məcburi köçkünü olan klubun 20 ildən çox hansı şərtlərlə yaşaması, strategiyasıyla maraqlanan Menary komanda üzvlərindən müsahibə alıb. Qarabağ probleminin `Qarabağ`la inteqrasiyasını araşdıran ingilis jurnalist xüsusilə klubumuzun heyətində əcnəbilərlə danışıb, fikir mübadiləsi aparıb.