QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Qurban Qurbanov:`Yaxşı təcrübə olacaq`

`Qarabağ`ımız Avropa Liqasının qrup mərhələsində İtaliyadan `İnter`, Fransadan `Sent Etyen` və Ukraynadan `Dnepr`lə qarşılaşacaq. Komandamızın baş məşqçisi Qurban Qurbanov saytımıza verdiyi açıqlamada püşkü dəyərləndirib: `Təbii ki, püşkdə istənilən rəqiblə qarşılaşa biləcəymizi gözləyirdik. Maraqlı qarşılaşmalar olacaq. `İnter`in dünya futbolunda mövqeyi bəllidi.  Bunu müzakirə etməyə belə dəyməz. `Sent Etyen` Fransanın ən titullu komandasıdı. Cari mövsümə də  olduqca yaxşı başlayıblar. `Dnepr` isə ötən mövsüm ən yaxşı dönəmini keçirib. Hazırda da çempionatda xal itirməyiblər. Bizim üçün yaxşı təcrübə olacaq. Azarkeşlərimiz və futbol camiəsi üçün keçirəyəcəyimiz qarşılaşmalar yaddaqalan olacaq.`