QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
`Qarabağ` - `Simurq` | Canlı
Bildiyiniz kimi bugün Topaz Premyer Liqasının VI turu çərçivəsində `Qarabağ`ımız `Simurq`u qəbul edəcək. Matç saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.Oyunu saytımız və Facebook səhifəmiz vasitəsi ilə canlı şərh edəcəyik.
 
 

Artıq start heyətlər məlumdur :

“Qarabağ”: 13. İbrahim Şehiç, 3. Tərlan Quliyev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov (k), 10. Muarem Muarem, 17. Vüqar Nadirov, 18. İlqar Qurbanov, 24. Admir Teli, 55. Bədavi Hüseynov, 77. Cavid Tağıyev, 99. Namiq Ələsgərov

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 9. Reynaldo, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 33. Şəhriyar Əliyev, 44. Leroy Corc

“Simurq”:  35. Amil Ağacanov  (k), 3. Adam Banaş, 6. Samir Zərgərov, 8. Patrik Osiako, 10. Rəşad Eyyubov, 15. Stepan Polyak, 16. Məhərrəm Hüseynov, 18. Tural Axundov, 20. İdan Vaytsman, 26. Benjamin Lambot, 88. Marko Stanoyeviç

Ehtiyat oyunçular: 1. Pavel Kapsa, 5. Vadim Abdullayev, 9. Lukas Tresnak, 13. Əli Gökdemir, 17. Rüstəm Məmmədov, 25. Oruc Balaşlı, 33. Kənan Müslümov

 

1` Oyun başladı, uğurlar `Qarabağ` !

8` Namiq Ələsgərov rəqib müdafiəçini geridə qoyaraq cərimə meydançasına daxil oldu amma ötürməsini rəqib müdafiəçilər uzaqlaşdırdı.

10` Oyunda ikinci küncdən zərbəni `Simurq` komandası yerinə yetirdi amma müdafiəçilərimizin inamlı oyunu sayəsində təhlükə sovuşdu.

15` Hələki hər iki komanda ehtiyyatlı oyuna üstünlük verir.

20` İlqar Qurbanovun cərimə meydançasına tərəf təhlükəli ötürməsini Stepan Polyak uzaqlaşdırdı.

25` Vüqar Nadirovun uzaqdan qüvvətli zərbəsi dəqiq olmadı.

27` İlqar Qurbanov topu əla şəkildə qəbul edib yeni hücumumuzu qurdu amma Namiq Ələsgərovun zərbəsi dəqiq olmadı.

35` Komandamızın ərazi üstünlüyü şəraitində davam edən oyunda qol yoxdur.

40` Oyunda 4-cü küncdən zərbəni `Simurq` komandası yerinə yetirdi amma müdafiəçilərimizin inamlı oyunu sayəsində təhlükə sovuşdu.

41` İlqar Qurbanovun qüvvətli zərbəsini Amil Ağacanov zərərsizləşdirdi.

43` Hacı Əhmədovun qüvvətli zərbəsi sayəsində komandamız küncdən zərbə qazandı.

45` İlk hissə başa çatdı,hesab açılmayıb.

 

II hissə

45` İkinci hissə başladı, uğurlar `Qarabağ` !

53` Benjamin Lambot cərimə meydançamıza daxil olsada İbrahim Şehiç hücumun qarşını ala bildi.

57` Komandamızın heyətində eyni anda iki dəyişiklik baş tutdu.Cavid Tağıyevin əvəzinə Riçard Almeyda,Namiq Ələsgərovun əvəzinə isə Reynaldo meydana daxil oldu.

61` `Simurq` komandasının heyətində ilk dəyişiklik baş tutdu. Samir Zərgərovun əvəzinə Lukas Tresnak meydana daxil oldu.

64` Qooooooooooooooool ! Vüqar Nadirov hesabı açdı ! 

67` Komandamızın heyətində sonuncu dəyişiklik, Tərlan Quliyevin əvəzinə Ansi Aqoli meydana daxil oldu.

71` Komandamız təhlükəli nöqtədən cərimə zərbəsi qazandı amma ev tapşırığını düzgün yerinə yetirə bilmədilər.

80` İlqar Qurbanov rəqib müdafiəçiləri asanlıqla geridə qoyaraq qapıya zərbə endirdi amma zərbəsində bir qədər dəqiqlik çatmadı.

81` `Simurq` komandasının heyətində sonuncu dəyişiklik baş tutdu, Məhərrəm Hüseynovun əvəzinə Əli Gökdemir meydana daxil oldu.

84` Vüqar Nadirovun ideal ötürməsini Muarem Muarem qola çevirə bilmədi.

87` Marko Stanoyeviçin qüvvətli zərbəsini İbrahim Şehiç çətinliklədə olsa dəf etdi.

90` Oyunun əsas vaxtı başa çatdı və baş hakim oyuna 3 dəqiqə əlavə etdi.

90` Oyun başa çatdı, təbriklər `Qarabağ` !

`Qarabağ` 1-0 `Simurq`