QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Rasim Kara “Qarabağ” klubunun baş məşqçisi təyin olunub (APA, 11.12.2006)
Türkiyəli baş məşqçi Rasim Kara iki illik fasilədən sonra yenidən Azərbaycana qayıdacaq. Təcrübəli mütəxəssis bu dəfə “Qarabağ” klubunun baş məşqçisi postunda çalışacaq. APA-nın məlumatına görə, ilkin razılaşmaya əsasən, Rasim Kara mövsümün sonunadək “Qarabağ”ın baş məşqçisi vəzifəsində fəaliyyət göstərəcək. Mövsümün sonunda isə müqavilənin müddəti 5 ilədək artırılacaq. Rasim Kara “Qarabağ”la müqavilə bağladığını təsdiqləyib: “Əsas məqsəd çempionatda mövsümü ilk “üçlük”də başa vurmaqdır. Hətta çempionluq da istəyirik”. R. Kara komandaya birinci dövrə başa çatandan sonra qatılacaq. Bu vaxtadək “Qarabağ” hazırkı baş məşqçi Böyükağa Ağayevin rəhbərliyi altında dekabrın 13-də Tovuzda yerli “Turan”la əvvəlki turlardan təxirə salınmış oyununa çıxacaq. Xatırladaq ki, Rasim Kara iki il əvvəl “Xəzər-Lənkəran” klubuna Azərbaycan çempionatının gümüş medallarını qazandırmışdı. /APA/