QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
SOKOLOV İSVEÇRƏYƏ ÇAĞIRILIB (525-ci qəzet, 12.12.2006)
Futbol üzrə milli komandamızın və "Qarabağ"ın üzvü Sergey Sokolovun dopinq qəbul etdiyindən xəbərdarsınız. Bir müddət əvvəl qitə qurumu müdafiəçinin Belçika - Azərbaycan qarşılaşmasında qadağan olunmuş betametazon preparatından faydalandığını aşkarlamışdı. Bu səbəbdən S.Sokolov 30 gün müddətə cəzalandırılmışdı. Məsələ ilə bağlı UEFA-nın Nizam-İntizam Komitəsində dekabrın 7-də son qərar verilməli idi. Lakin bu, alınmayıb. Verilən xəbərə görə, futbolçu FİFA və UEFA tərəfindən İsveçrəyə çağırılıb. Beynəlxalq qurum rəsmilərinin ayın 21-də Sokolovla söhbətindən sonra qəti qərar veriləcəyi bildirilir.