QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
ÇƏLIKƏL: “ SOKOLOVA LAZIMI QAYĞINI GÖSTƏRƏCƏYIK” (FUTBOL+, 11.01.2007)
Antalyada təlim məşq toplantısı keçən “Qarabağ”ın direktoru Əmrah Çəlikəl dünən bakıya qayıdıb. Fürsətdən istifadə edib Əmrah bəydən bizi maraqlandıran sualların cavabını almağa çalışdıq. - Antalyada komandaya yeni oyunçular gələ bilərmi? - Yox, bu real deyil. Çünki, ikinci dövrədə əsas ağırlıq gənclərin üzərinə düşəcək. Onlar təcrübə qazanmalıdı. Əsas planlarımız gələcəklə bağlıdı. Qarşıdakı çempionatda nəticə qazanmağa oynayacağıq. - Bu gün Sokolovun taleyinə aydınlıq gələcək. Allah eləməsin, futbolçumuz ağır cəzaya məruz qalsa , onun “Qarabağ”da taleyi necə olacaq? - Cəza nə qədər aşağı olsa bor o qədər sevinərik. Sergey həm də yığmanın üzvüdü. Futbolçu özü “Qarabağ”da qalıb məşq etmək istəsə, ona lazımi qayğını göstərəcəyik. Cəzaya baxmadan onu komandada saxlayacağıq.