QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Aslan Kərimov Tərlan Əhmədovun rekordunu təkrarlayacaq (apa)

Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində sabah Almatı şəhərində Qazaxıstanla yığması ilə keçiriləcək görüş Ağdamın “Qarabağ” klubunun və Azərbaycan milli komandasının 34 yaşlı kapitanı Aslan Kərimov üçün əlamətdar olacaq.

“APA-Sport” agentliyinin məlumatına görə, Aslan Kərimov bu qarşılaşmada milli komandamızın sabiq kapitanı Tərlan Əhmədovun rekordunu təkrarlayacaq. Belə ki, T.Əhmədov indiyədək yığmada 75 oyun keçirib, A.Kərimov isə Qazaxıstanla sabahkı görüşdə meydana çıxacağı halda, oyunlarının sayı 75-ə çatacaq. Qazaxıstana yollanan milli komandanın heyətində A.Kərimovdan sonra ən çox oyun keçirən Emin Quliyevdir ki, onun hesabında 47 matç var.
Qeyd edək ki, yalnız rəsmi oyunları nəzərə alanda Azərbaycan yığmasında ən çox oyun keçirən futbolçu Emin Ağayevdir. E.Ağayev 37 rəsmi görüşdə meydana çıxdığı halda, T.Əhmədov 35, A. Kərimov 33 oyunun iştirakçısı olub. Millimizin hazırda çıxış etdiyi Avropa çempionatının seçmə mərhələ oyunlarında da futbolçulardan E.Ağayev 22, T.Əhmədov 21, A.Kərimov 19 matçda meydana çıxıb. /APA-Sport/