QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
ƏMRAH ÇELİKEL:HAQSIZLIQLA BARIMAYCAĞIQ (FUTBOL+QOL, 16.08.2007)

Çempionat iddilıların  hamısı üçün eyni cür başlamadı. “Xəzər-Lənkəran”, “Bakı” və “İnter” 3 xala sevindiyi halda, “Neftçi”ylə “Qarabağ” gözlənilməz məğlubiyyət aldı. Bakılıların “Turan”a uduzması fonunda, ağdamlıların “Simurq” dan qol yeməsi oyunun adalətli nəticələnməsi anlamına gəlməməlidir. Düzdür, statistika göstərir ki, “Qarabağ” çox vaxt Zaqatala təmsilşiləri ilə bacara bilməyıb. Hətta ən yaxşı vaxtlarında belə. Lakin bu dəfə Rasim Karanın komandası “Simurq” dan açıq-aşkar üstün təsir bağəşlamışdı. Görünür,, yaxşı nəticə qazanmaq qşqn təkcə yaxşı oynamaq kifaytət eləmir. Matçın baş hakimi imanxan Sultanınınn aşağı qiymət almsı da diqqətşəkən məqandır. Keçmiş FİFA referesinin müəyyən epizodlarda meydan sahiblərinin lehinə qərar verməsi və  bütövlüklə oyuna nəzarıti itirməsini xatıqlaçağa dəyər. Yəqin ki, bu da qiymətin aşağı düçməsinə bəs edib.

Diqqətlər yenə “Qarabağ”dadır. Rasim Karaya şans tanıyan rəhbərlik növbəti tuelarda ondan nə gözləyir?

Klubun baş direktoru Əmrah Çəlikəllə söhbətləşmək zərurəti də daxili ab-havanı bilmək məqsədi daşıyırdı. Yox, söhbətəi tək bu məsələ üzərində qurmadıq. Məlum olduğu kimi, klub başbilənləri mövsümöncəsi bəzi islahatlar həyata keçirib. Onlardan biri kimi, AFFA Ekspert Komissiyasının üzvü, son anadək Hakimlər Komitəsinin sədri postuna keçəcəyi gözlənilən Tahir Süleymanovun gəlişidir. Keçmiş beynəlxalq dərəcəli hakimin kllubdakı vəzifəsi və səlahiyyətləri maraq doğurur. Aödamlıların yeni baza tikintisi barədə aldığımiz son informasiya da söhbətimizin bu sahəni əhatə eləməsinə şərait yaratdı. Artıq onlar üçn həm də yeni mərhələnin başlanğıcıdır...

-         Çempionatın startı sizə nə dedi?

-         uduzsaq da, komandanın oyunundan çox razı qaldıq Nəticə ürəkaçan olmasa da, uşaqların əzmkarlığı, ğıstərdikləri futbol bizə ümid verdi. Yaxın gələcəyə böyük ümidlərlə baxıram. Nəyisə gözləyirəm. Rəhbərlik də mənim kimi.

-         Növbəti turlar “Qarabağ”a nə vəd edir?

-         Hər tur bizim üçün daha yaxçı keçəcək. Bizdəki o gənc uşaqlar ki var, onların təcrübə yığması üçün vaxt lazımdır. Özümüz də görürsüz ki, komandamız ötən çempionata baxanda daha yaxşı vəziyyətdədir. İşi mərhələ-mərhələ görürük.

-         Hazırki heyəti komplektləşmiş saya bilərikmi?

-         əlbəttə. əsas transferləri eləmişik. Bizim birinci dəstə və aşağı yaş qruplarında da komandalarımız var. Onlardan bura gəlib-gedənlər olacaq. Yeni oyunçuların alınması indikilərin özlərini necə göstərməsindən və Rasim Karanın istədiyindən asılıdır.

-         Son transferlər – İsaak Pupo və Soumah Mamaduba barədə maraqlı fikirlər səsləndirilir. Necə fikirləşirsiniz, onlar doğrudan da sürpriz oyunçular ola bilərlər?

-         Bu futbolçuları gətirərkən menecerləri ilə şərt kəsmişik. Hər ikisinin Avropaya gedən yolunu açacağıq. Rasim Karanın əliylə bunu edəcəyik. Səviyyələrini özünüz görəcəksiz, “Qarabağ”a çox köməkləri  dəyəcək.

-         Yaxşı futbolçu olduqları ilk baxısdan nəzərə çarpır. Afrikalıların transfer qiyməti 100 min dolladan açağıdırmı?

-         Ondan çox-çox azdır. O futbolçular pula görə gəlməyiblər.

-         Bəs onları buna vadar edən nədir?

-         Rasim Kara və “Qarabağ” rəhbərliyi.

-         Tahir Süleymanov artıq “Qarabağ”dadır və komandayla Qaxa da getdi. Onun hansı vəzifə daçıyacağı dəqiqləşib?

-         Tahir bəy bizdədir, amma məsələsi hələ rəsmiləşməyib. Mütləq vəzifəsi olacaq, bizdə də qalacaq. Ancaq biləsiz, Tahir bəyin daşıyacağı səlahiyyətləri mən müəyyənləşdirmirəm.  Məndən daha üst səviyyədə rəhbərlik var və bu işlərə onlara baxır.

-         Rəhbərliyin məsləhətçisi, yoxsa komandanın rəisi olmaq ehtimalı çoxdur?

-         Əlbəttə, komandayla bağlı bir vəzifə tutacaqş inzibatı, nizam-intizamla bağlı işlərə baxacaq.

-         Tahir bəy həm də AFFA Ekspert Komissiyasının üzvüdür. Eyni vaxtda iki yerdə işləyəcək?

-         Yox, ya orda, ya burda.

-         Özüylə bu barədə söhbətiniz olubmu?

-         Bəli. Mənə elə gəlir ki, özü də vəziyyəti başa düşür və iki yerdə işləmək istəmir.

-         Məşqçilərin hakimlərlə bağlı danışmasına qadağa qoyulub. Sizcə, bu, klubların daxili işlərinə qarışmaq deyilmi?

-         Niyə ki? Klublar öz hüquqlarını bilməli və müdafiə etməlidir. Əgər hakimlər klubların haqlarını tapdalayırsa, onlar öz sözlərini deməlidir.

-         Adətən hakimlər “Qarabağ”a qarşı qərəzli mövqe tutub. Tahir Süleymanovun gəlişiylə bu problemin aradan qalxacağını ğözləyirsizmi?

-         Tahir bəyi hakimlərlə bağlı işləri tənzimləmək üçün kluba gəritməmişik, yüz faiz. Ilk gündən belə fikrimiz olmayıb. O, yalnız strukturla əlaqəli işlərə məsuliyyət daşıyacaq. Süleymanov “Turan"da işləyib və apardığı fəaliyyət yaxşı olub.  Biz də bunu bilirik. Özünü yaxından tanıyırıq. “Qarabağ” üçün nələrsə edə biləcəyinə əminik.

-         Son günlər bəzi klublar “Qarabağ”dan narazılıq etməyə başlayıblar. Bu da milliləşdirməylə bağlıdır, Sizcə, onlar bunda nə qədər haqlıdılar?

-         “Qarabağ”da milliləşdirilmiş oyunçu  yoxdur. Tağım Novruzov, Osman Umarov və Timur İsrafilovu nəzərdə tuturlarsa, demək istəyirəm ki, onlar hələ “Qarabağ”a gələnədək milli səviyyəsində oynayıb. Biz bu üşaqlara milliləşdirilmiş futbolçu gözüylə baxmırıq. Bir də, əksinə, mən milliləşdirmənin əleyihinəyəm. Azərbaycan futbolunda inkişaf olacaqsa, bunu öz futbolçularımızda eləməliyik.

-         Yeni bazayla bağlı işlər nə yerdədir?

-         Layihə artıq hazırdır, tezliklə işin icrasına başlanılacaq. Lazımı qədər vəsait ayrılıb ki, biz bu işi yüksək səviyyədə görək. Bazamız Binədə olacaq. Orda stadiondan başqa hər şey tikəcəyik. Stadionumuz isə Suraxanıdakıdır. “Tofiq İsmayılov”la bağlı da planlarımız var və yaxın zamanlarda bunu da açıqlayacağıq.

-         Klubda yenə islahatlar gözlənilir. Bunun  mahiyyəti nədən ibarət olacaq?

-         Inşallah, onu zaman göstərəcək.