QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
«Qarabağ» klubu doğma meydançada oynayacaq (LIdertv.com, 22.10.07)

Ağdamın «Qarabağ» futbol klubu gələn ildən doğma meydançada, doğma azarkeşləri qarşısında oynaycaq. Komanda üzvləri Ağdamda azarkeşləri ilə görüşüblər, fanatlarına «Qarabağ»-ın geyimlərini və futbol topları hədiyyə ediblər. Futbolçuların iştirakı ilə yeni inşa olunmuş süni örtüklü idman meydançasının açılış mərasimi də keçirilib. Ağdam rayonunun işğalından sonra ikinci dəfə öz azarkeşləri ilə görüşə gələn «Qarabağ» klubunun üzvləri gözləniləndən də isti münasibətlə qarşılandı. Azarkeşlər doğma komandaları üçün çox darıxmışdı. Elə futbolçular da eyni hissləri keçirirdi. Kulubun türkiyəli baş məşqçisi Rasim Kara da komandanın adının və ümumiyyətlə Qarabağın Azərbaycan üçün nə dərəcədə önəm daşıdığını yaxşı başa düşür. Elə bu səbəbdən də azarkeşlərlə görüşün növbəti oyunlarda komandaya öz mənəvi köməyini göstərəcəyinə əmindir. Qarabağa tezliklə qayıdacağımızla bağlı əminlik sakinlərdə də, klubunun üzvlərin də açıq-aşkar duyulur. Qarabağlı azarkeşlər doğma komandalarına işğaldan azad olunmuş torpaqlarda dəstək verəcəkləri günün elə də uzaqda olmadığına əmindirlər. Komanda rəhbərliyi bacaraqlı yeniyetmələri futbola cəlb etmək fikrindədir. Çünki, uşaq futbolunun təkmilləşməsi peşəkar futbolun inkişafına xidmət edəcək.