QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“QARABAĞ” təlim-məşq toplantısını Antalyada keçirəcək

   Artıq ölkə çempionatının birinci dövrəsi sona yaxınlaşır. Klublar da indi hazırlıq planlarını tərtib etməklə məşğuldurlar. Hələlik isə yalnız “Qarabağ”ın dövrələrarası fasilə zamanı təlim-məşq toplantısını keçirmək üçün seçdiyi yer məlumdur. Belə ki, Rasim Kara gələn ilin yanvar ayında yetirmələrini Türkiyənin Antalya şəhərinə aparacaq. Yanvarın 5-i başlanacaq təlim-məşq toplantısı 21 gün davam edəcək.