QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Vaqif Cavadov: “Qızıl top” mənim olacaq (apasport.az, 23.12.2008)
“Vaxt gələcək məni “France Football”ın sorğusunun qalibi olmağıma görə təbrik edəcəksiniz”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının və Ağdamın “Qarabağ” klubunun futbolçusu Vaqif Cavadov deyib. Çıxış etdiyi klubun rəsmi internet saytına açıqlama verən 19 yaşlı hücumçu Avropanın ən yaxşı oyunçusu adına legioner həyatı yaşamadan layiq görüləcəyini düşünür: “Ümidvaram ki, bu titula “Qarabağ”ın heyətində yiyələnəcəyəm. Bu nə qədər çətin görünsə də, həyatda mümkün olmayan bir şey yoxdur. Belarusun “BATE”si “Xəzər”ə uduzmuşdu. Amma dünya divi “Yuventusu” diz çökdürdü. Yaşayarıq, görərik”.