QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Aslan Kərimov: Maraqlı rəqabət olacaq (QOL.AZ, 30-01-2009)
“Qarabağ”ın Antalyada təlim-məşq toplanışı davam edir. Kapitan Aslan Kərimov klubun saytına çempionat və təlim-məşq haqqında öz fikirlərini bildirib: “18 gündür təlim-məşq toplanışındayıq. Hələ bir həftə burda, eyni müddət də  Bakıda olacağıq. Bir kapitan kimi uşaqların canla-başla çalışmasından razıyam. İndi biz yük yığırıq. Nə qədər çox toplasaq, çempionatda daha rahat olacağıq. Heyətimizə görə heç kimdən zəif deyilik. İnşallah, komandamız avrokuboklara vəsiqə qazanacaq. Təbii ki, işimiz asan deyil. Bütün komandalar artıracaqlar. Maraqlı rəqabət olacaq”.