QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Ramazanov bombardirlikdən əlini üzməyib (FANAT.AZ, 31-01-2009)
"Həm Nidal, həm də Vaqif 5 qol vurub, çalışacam ki, onlar daha da çox qol vursun"
 
Fanat: Türkiyənin Antalya şəhərində hazırlıqlarını davam etdirən "Qarabağ"ın forvardı Zaur Ramazanov bu toplanışın ikinci dövrədə komandanın oyununa böyük təsir göstərəcəyini düşünür. Fanat.az xəbər verir ki, Ramazanov komandanın oyununda artım artıq hiss olunur.
"Bu toplanış lap yerinə düşdü. Artıq uşaqlar bir-birini yaxşı tanıyır. İlk dövrədə çempionatda çox qol vura bilməməyim səbəblərindən biri bu idi. Meydanda bir-birimizi başa düşmürdük ki, bu da normaldır. Amma indi belə bir problemimiz yoxdu. İnşallah, daha yaxşı çıxış edəcəyik. Yoxlama oyunları yerinə düşdü. Hiss olunur ki, "artım" var. İlk ayrıda belə çıxış etmişiksə indi daha asan olar bizə", - deyə Ramazanov bildirib.
Zaur bombardirlik yarışında iştirak edən komanda yoldaşlarına yardımçı olacaq: "Düzdü, hücumçunun vəzifəsi qol vurmaqdır. Amma komanda uduzursa bombardir olmaq eşqi mənasız olur. Həm Nidal Fərhatoviç, həm də Vaqif Cavadov 5 qol vurub. Çalışacam ki, onlar daha da çox qol vursun. Mənə gəlincə, problem yoxdur. 3 dəfə het-trik eləsəm hamını keçərəm. Təki, komanda udsun, qalanı düzələr".