QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
"Xəzər-Lənkəran" - "Qarabağ" oyunu ən yaxşı seçildi (fanat.az 16.02.2009)

Azarkeşlər Rasim Karanın istefasına səbəb olan görüşü daha çox bəyənib

Fanat: "Qarabağ" ilk dövrədə ən yaxşı oyununu "Xəzər-Lənkəran"a qarşı keçirib. Fanat.az xəbər verir ki, "ilk dövrədə ən yaxşı oyunumuz hansı oldu" sualı ilə azarkeşlərə müraciət edən klubun rəsmi saytında keçirilən sorğu başa çatıb. Məulm olub ki, azarkeşlərin əksəriyyəti "Xəzər-Lənkəran" - "Qarabağ" oyununun ən yaxşı olduğunu düşünür. Belə ki, sorğu iştirakçılarının 85.8 faizi (357 səs) məhz bu oyuna səs verib.
İştitrakçıların 4.80 faizi (20 səs) hesab edir ki, ən yaxşı "Karvan"la olub. "İnter"lə matça da bu qədər səs verilib. "Neftçi" ilə görüşü isə sorğu iştirakçılarının 4.56 faizi (19 səs) ən yaxşı hesab edir.
Qeyd edək ki, Lənkəranda baş tutan "Xəzər-Lənkəran" - "Qarabağ" oyunu 3:1 hesabı ilə qonaq komandanın qələbəsilə nəticələnmişdi. Bu oyundan sonra "Xəzər-Lənkəran"ın baş məşqçisi Rasim Kara istefa vermək məcburiyyətində qalmışdı.
Nəzərinizə çatdıraq ki, bu gündən etibarən "Qarabağ"ın rəsmi saytında - www.qarabagh.com - yeni sorğu başlayıb. "Yeni transferlərimizi bəyəndinizmi" sualı ilə azarkeşlərə müraciət edən sayt əməkdaşları seçim üçün dörd variant təqdim edib: 1. Əla. 2. Normal. 3. Daha yaxşı ola bilərdi. 4. Zaman göstərəcək.