QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Qurban Qurbanov: «Oyunumuzdan çox razı qaldım» (qol.az,21-02-2009)

«Bu gün uşaqlar çox yaxşı oynadılar. Futbolçularımın meydanda sərgilədiyi oyun məni tam qane etdi». Qol.Az-ın məlumatına görə, bu sözləri «Olimpik»lə oyundan sonra mətbuat konfrasında «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov deyib. Gənc məşqçinin sözlərinə görə, qələbə onlara heç də asan başa gəlməyib: «Gərgin bir oyun alındı. Rəqibimiz də qələbə qazanmaq üçün çox çalışdı. Amma yekunda 3 xal qazandığımıza görə sevinirəm. Artıq diqqətimizi növbəti oyunlara yönəltməliyik. Qarşıdakı matçlarda da qələbə qazanmağa çalışacağıq».