QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
"Qarabağ" - "Turan": üç il sonra (03.04.2009 fanat.az)

Tovuzluların Ağdam klubu üzərində son qələbəsindən üç il ötür

Fanat: Bazar günü 20-ci tur çərçivəsində "Qarabağ" - "Turan" oyunu baş tutacaq. Fanat.az xəbər verir ki, hər iki komanda bütün milli çempionatların iştirakçısı olub və onlar arasında daim gərgin mübarizə qeydə alınıb.
Sabah keçiriləcək görüş tərəflərin sayca 36-cü qarşılaşması olacaq. Arxada qalan oyunlarda tərəflərin qələbə sayı bərabərdir: 13:13 . 9 görüşdən isə tərəflər meydandan "sülh"lə ayrılıblar.  Vurulmuş qollara gəlincə, "Qarabağ" rəqibini daha çox məyus edib. Belə ki, ağdamlılar "Turan"ın qapısından indiyədək 37 top keçirə bilib. Tovuzlular isə 34 dəfə bu işi görə bilib.
"Qarabağ"la "Turan"ın ölkə kubokunda da yolları bir neçə dəfə kəsişib. 8 dəfə qarşılaşan rəqiblərin duellərində 7 dəfə "Qarabağ" gülən tərəf olub.
Qeyd edək ki, "Turan" sonuncu dəfə "Qarabağ"dan 3 xalı 3 il əvvəl - 2006/07 mövsümünün ilk yarısının son turunda ala bilib - 3:1. Tovuzlular elə sonuncu qolu da həmin mövsümün cavab görüşündə (1:1) vurub.