QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“Qarabağ” 5835 gün öncə Ağdamı qələbə ilə tərk edib (21.04.2009, apasport.az)
“Qarabağ” klubu 5835 gündən sonra Ağdama qayıdacaq. Apasport.az saytının hesablamalarına görə, mayın 3-də Azərbaycan Premyer Liqasının XXIV turunda keçiriləcək matçda “İnter”i qəbul edəcək ağdamlılar 16 illik fasilənin ardından doğma şəhərdə çıxış edəcəklər.

Belə ki, “Qarabağ” axırıncı dəfə ev oyununu Ağdamda 1993-cü il mayın 12-də keçirib. Həmin gün baş tutan qarşılaşma ölkə kubokunun yarımfinalına təsadüf edib. Bu matçda “Qarabağ” “Turan” üzərində 1:0 hesablı qələbə qazanıb.

Azərbaycan çempionatına gəlincə, “Qarabağ” ölkə birinciliyi çərçivəsində Ağdamda son oyununu 1993-cü il mayın 9-da Sumqayıt “Xəzər”inə qarşı keçirib. Meydan sahibləri “Xəzər”ə də 1:0 hesabı ilə qalib gəliblər.